Ana Sayfa > Özəl > Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır
Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır6-12-2022, 23:34. Yazar: sevinc1 |
Rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir. 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfəri Ölkəmizin bütün sahələrdə inkişafı üçün yeni mühit yaratdı. İşgaldan azad olunan ərazilərimizdə yeni infrastrukturun yaradılması, möhtəşəm layihələrin həyata keçirilməsi, bölgə ilə yanaşı, regionun inkişafında önəmli rol oynayır. Azad olunmuş ərazilərdə üç yeni hava limanının inşası da mühüm əhəmiyyət kəsb edir. Beləki, ölkədə hazırkı dövrdaə inşa olunanhava limanları layihələrinin tamamlanması prosesi yekunlaşmaq üzrədir. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq.Nəzərə almaq lazımdır ki, bu hava limanları təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beynəlxalq yükdaşıma və əlaqələrin dərinləşməsinə xüsusi önəm verən cənab Prezident Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı da cox vacib detallara toxunaraq bildirmişdir ki, Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Ölkə Prezidenti Şimal- Cənub dəhlizinin avrasiya məkanı üçün xüsusi önəm kəs etdiyini vurgulayaraq bildirmişdir ki, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Dövlət başçısı nəqliyyat- kommunikasiya sahəsinin üstünlüklərini izah edərək, bu sahəyə diqqətin artırılmasının vacibliyini bildirmişdir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət. Azərbaycsnın yerləşdiyi cografi mühit və ciddi tərəfdaş kimi portnyorlugu ən iri layihələrin icrasına imkan verir. İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri Geri dön |