Ana Sayfa > Aia TV > Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu
Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu15-06-2016, 12:08. Yazar: admin |
Özbəkistan hökuməti Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkəyə daxil olmasını müvəqqəti məhdudlaşdırıb. Aia.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib. Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq. Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır. İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək. aia.az Geri dön |