Ana Sayfa > Seçki 2024 > “Yaşıl Könüllülər” adlı yeni layihəsi davam edir

“Yaşıl Könüllülər” adlı yeni layihəsi davam edir


6-12-2022, 14:10. Yazar: sevinc1
“Yaşıl Könüllülər” adlı yeni layihəsi davam edir

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Yaşıl Könüllülər” layihəsi çərçivəsində növbəti baş tutub.

aia.az xəbər verir ki, 5 dekabr Beynəlxalq Könüllülər Gününə təsadüf edən görüşün qonağı Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Naqif Həmzəyev olub. Səmimi şəraitdə keçən görüşdə “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması” mövzusu müzakirə olunmuş, qonaq tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, 10 dekabr tarixinə qədər davam edəcək layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində informasiya daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə, asudə vaxtlarının səmərəli
Geri dön