Ana Sayfa > Özəl / İdman > Xəzər rayonunda məktəblilər arasında basketbol üzrə turnir keçirilib

Xəzər rayonunda məktəblilər arasında basketbol üzrə turnir keçirilib


6-12-2022, 10:31. Yazar: sevinc1
Xəzər rayonunda məktəblilər arasında basketbol üzrə turnir keçirilib

Xəzər Rayon Gənclər və İdman İdarəsi və 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 3x3 basketbol üzrə turnir keçirilib.

aia.az xəbər verir ki, keçirilən turnirin nəticələrinə əsasən oğlanlar arasında 183 saylı tam orta məktəb, 181 saylı tam orta məktəb və 26 saylı tam orta məktəbin komandaları layiq görülüb.

Qızlar arasında olan turnirə əsasən 181 saylı tam orta məktəb, 26 saylı tam orta məktəb və 92 saylı tam orta məktəb layiq görülüb.

Qalib komandalar Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıblar.


Geri dön