Ana Sayfa > Gündəm > Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi


15-06-2016, 12:01. Yazar: admin
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi





Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

Aia.Az APA-ya istinadən bildirir ki, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2017-2019 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 176 səs toplayaraq Şuranın üzvü olub.

Səsvermədə 193 ölkədən 185-i iştirak edib, nəticədə 18 yeni üzv qəbul edilib.

Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Koreya Respublikası, Tacikistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri də İqtisadi və Sosial Şuraya üzv seçiliblər.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

aia.az
Geri dön