Ana Sayfa > İdman > Ronaldonun yeni klubu bəlli oldu

Ronaldonun yeni klubu bəlli oldu


5-12-2022, 16:19. Yazar: sevinc1
Ronaldonun yeni klubu bəlli oldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun yeni komandası məlum olub.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqal futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 2,5 illik müqaviləyə qol çəkib.

Qeyd edilir ki, müqavilə 2023-cü ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

Ronaldonun illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu İngiltərə "Mançester Yunayted"i olub.

aia.az
Geri dön