Ana Sayfa > Özəl > Türkiyə Rusiyanın təklifi üzərundə işləyir

Türkiyə Rusiyanın təklifi üzərundə işləyir


5-12-2022, 11:44. Yazar: sevinc1
Türkiyə Rusiyanın təklifi üzərundə işləyir


Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib ki, Türkiyə tərəfi, Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi "Qaz mərkəzinin" yaradılması layihəsi üzrə hazırlıq işlərinə başlayır.

Türkiyə prezidentinin sözlərinə görə, layihə üzrə iş Qara dəniz və Aralıq dənizlərində yataqların aşkarllanması ilə yekunlaşmır. Ərdoğan Moskvanın Türkiyə ərazisində Rusiya qazının yığılması və oradan Avropaya daşınması təklifi üzərində də hazırlıq işlərinə başlandıöını bildirib. " Biz hazırda buna hazırlaşırıq"- deyə Ərdoğan şəhr edib.

Hələ oktyabr ayında Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, "Şimal axını" kəmərilə itkilərlə verilən qazı, Türkiydə qaz mərkəzi yaratmaqla, Qara dənizdən, "Türkiyə axını" vasitəsilə Avropa ölkələrinə çatdıra bilərik.

Rusiya prezidenti daha sonra bildirmişdi ki, avropalı tərəfdaşlarla birbaşa işləməkdə çətinliklər yaranıb.

Türkiyənin enerji naziri Fatih Dönməz təsdiq edib ki, yanacaq göndərən tərəflə danışıqlar aparılır. Qaz mərkəzin yaradılması layihəsi isə Avropanın enerji təhlükəsizliyini təmin edəcək və bu sahədə bazarı tənzimləyəcək.

aia.az
Geri dön