Ana Sayfa > İdman > DÇ-2022:
DÇ-2022:5-12-2022, 09:00. Yazar: sevinc1 |
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. aia.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq. DÇ-2022 1/8 final mərhələsi 5 dekabr 19:00. Yaponiya - Xorvatiya Baş hakim: İsmail Elfat (Braziliya) "Əl Cənub" stadionu 23:00. Braziliya - Cənubi Koreya Baş hakim: Kleman Türpen (Fransa) "974" stadionu Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar. aia.az Geri dön |