Ana Sayfa > Özəl / İdman > Məktəbləri arasında yüngül atletika üzrə yarış keçirilib

Məktəbləri arasında yüngül atletika üzrə yarış keçirilib


3-12-2022, 08:58. Yazar: sevinc1
Məktəbləri arasında yüngül atletika üzrə yarış keçirilib

Xəzər rayonunda ümumtəhsil məktəbləri arasında yüngül atletika üzrə yarışlar keçirilib.

Dekabrın 1-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu 230 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin sinif şagirdləri arasında qaçış üzrə yarış təşkil edildi.

aia.az xəbər verir ki, tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə çıxış edərək bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında yüngül atletika idman növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsindən ibarətdir.

Yarışın nəticələrinə əsasən 26 saylı tam orta məktəb, 92 saylı tam orta məktəb və 183 saylı tam orta məktəbin komandaları qalib gəlidilər. Qaliblərə İdarə tərəfindən diplom və medallar təqdim edildi

Elbrus Bağırov
aia.az
Geri dön