Ana Sayfa > Siyasət > Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü


1-12-2022, 16:00. Yazar: sevinc1
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyartonu Cənubi Qafqazdakı münaqişədən sonrakı dövr barədə məlumatlandırıb.

aia.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.

Qeyd olunub ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.

aia.az
Geri dön