Ana Sayfa > Özəl > Hamilə tiranozavrın skeleti ilk dəfə muzeydə sərgilənəcək

Hamilə tiranozavrın skeleti ilk dəfə muzeydə sərgilənəcək


2-12-2022, 15:11. Yazar: sevinc1
Hamilə tiranozavrın skeleti ilk dəfə muzeydə sərgilənəcək


Yeni Zelandiyanın Oklend Hərbi Memorial Muzeyində ilk dəfə olaraq hamilə dişi tiranozavrın skeleti nümayiş etdiriləcək. Bu barədə Britaniyanın “The Daily Mail” tabloidi yazır.

Mütəxəssislərin rəyinə görə, bu dinozavr təxminən 66 milyon il əvvəl müasir Amerikanın Montana əyaləti ərazisində yaşayıb. Alimlər tiranozavra Barbara adını veriblər. Qeyd olunur ki, indiyə qədər cəmi üç daşlaşmış hamilə tiranozavr aşkarlanıb və Barbara onlardan biridir. Həm də skeletin baş və çənə hissələri də daxil olmaqla bütün sümükləri əla vəziyyətdədir.

Nəşr yazır ki, Barbara muzeydə Peter adlı başqa bir tiranozavrın yanında yer alacaq. Beləliklə, ziyarətçilər tarixdə ilk dəfə olaraq yetkin erkək və dişi tiranozavrları yanaşı görə biləcəklər.

aia.az
Geri dön