Ana Sayfa > Özəl > Rusiya Baydenin şərtlərini qəbul etmədi
Rusiya Baydenin şərtlərini qəbul etmədi2-12-2022, 14:38. Yazar: sevinc1 |
ABŞ prezidenti Co Bayden, dünən Fransa prezidenti Emanuel Makronla birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Ukrayna münaqişəsilə bağlı Rusiyanın lideri Vladimir Putinlə bir şərtlə danışıqlara başlaya bilər. "Rusiya müharibəni Ukraynanın prezidenti Zelenskinin irəli sürdüyü şərtlərdə dayandırarsa, danışıqlar baş tuta bilər". Rusiya tərəfinin Baydenə cavabı gecikməyib. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "ABŞ prezidenti faktiki olaraq bildirib ki, danışıqlar ölkə başçısı Putinin Ukraynadan qoşunlarını çıxardıqdan sonra baş tuta bilər. Lakin bu mümkün deyil, çünki xüsusi hərbi əməliyyat davam edir". Peskovun sözlərinə görə, ABŞ Rusiyanın işğal etdiyi və öz ərazilərinə birləşdirdiyi əraziləri tanımaq istəmir. Bu isə məsələnin qarşılıqlı müzakirəsini çətinləşdirir. Daha sonra o, Rusiya prezidentinin "maraqlarına uyğun olduğu halda" danışıqlara açıq olduğunu bildirib. "Putin ABŞ , NATO və ATƏT-lə danışıqları bərpa etməyə çalışdı, lakin onun bu təşəbbüsü qəbul edilmədi"- deyə Peskov əlavə edib. Hegemonluq yaxşı işdir, Ukraynanın demək olar ki, yarısını işğal edib öz ərazin elan edəsən və sonra da hamıdan küsəsən ki, niyə işğal etdiyimiz əraziləri tanımırsınız. Azərbaycan BMT-nin, ATƏT-in və digər mənasısız beynəlxalq təşkilatların ədalətinə inandı və 30 ilə yaxın erməni quldurları tərəfindən işğal altında qalan torpaqlarını axırda öz gücü hesabına işğaldan azad etdi. İndi az qalırlar beynəlxaq qurumlar tərəfindən də rəsmi tanınan ərazi bütövlüyümüzü bərpa etdiyimiz üçün bizi günahlandırsınlar. Fransa kimi erməni lobbisinin təsiri altında olan dövlətlər isə Azərbaycanın əleyhinə ard-arda heç bir hüququ əsası olmayan qətnamələr də tirajlamaqdan utanmırlar. Özləri tarix boyu ölkələrinin sərhədlərindən min kilometrlərlə aralıda olan ölkələrdə soyğunçuluq, talan, soyqrımla məşğul olduqlarını görmməməzlikdən gəlirlər, hələ bizə humanizmilikdən, demokratiyadan, insan haqlarından dərs deməyə də qalxırlar. Nə isə, "İt hürər, karvan keçər" deyib atalarımız. aia.az Geri dön |