Ana Sayfa > Özəl > Çin Monqolustana enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yardım təklif edib

Çin Monqolustana enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yardım təklif edib


2-12-2022, 11:24. Yazar: sevinc1
Çin Monqolustana enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yardım təklif edib

Çin Xalq Respublikası Monqolustana enerji təhlükəsizliyini gücləndirməyə kömək etməyə hazırdır. Bunu Noyabrın 28-də Çinin Baş naziri Li Keqianq Pekinə səfər edən Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxu qəbul edərkən deyib.

Regnum.ru saytı Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır ki, Li Keqiang Monqolustan prezidentinə ölkəsinin bir çox sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib: “Çin Xalq Respublikası Monqolustanla birlikdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığımızın səviyyəsini yüksəltməyə, infrastruktur tikintisinə, həmçinin enerji ehtiyatlarının, xüsusilə də daş kömürün mənimsənilməsinin inkişaf etdirilməsinə, enerji təhlükəsizliyini və tədarükün sabitliyini birgə təmin etməyə hazırdır.”

Baş nazirin sözlərinə görə, Çin Monqolustan tərəfi ilə ticarətin həcmini artırmağa çalışır. Çin hökumətinin başçısı həmçinin qeyd edib ki, ölkələr arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də torpaqların səhralaşmasına qarşı birgə mübarizədir.

aia.az
Geri dön