Ana Sayfa > Özəl > Vyetnamın dəniz məhsulları ixracı həcmi bu ilin sonunadək 11 milyard dollar həddini keçə bilər
Vyetnamın dəniz məhsulları ixracı həcmi bu ilin sonunadək 11 milyard dollar həddini keçə bilər2-12-2022, 10:10. Yazar: sevinc1 |
Vyetnam Dəniz Məhsulları İxracatçıları və İstehsalçıları Assosiasiyasının (VASEP) məlumatına görə, bu il Vyetnamın dəniz məhsulları ixracı ilk dəfə 11 milyard dollara çata bilər. aia.az xəbər verir ki, bu barədə vietnews.ru saytı yazır. Bildirilir ki, VASEP-in baş katibi Çionq Din Ho şənbə günü Hoşimin şəhərində keçirilən konfransda noyabr ayına qədər dəniz məhsulları ixracatı həcminin artıq 10 milyard dolları keçdiyini və ilin sonuna qədər bu rəqəm 11 milyard dollara çatma ehtimalının yüksək olduğunu deyib. Murad aia.az Qeyd edək ki, Vyetnamın ən böyük dəniz məhsulları ixracat bazarları ABŞ, Yaponiya, Çin və Avropa İttifaqıdır. Bu ilin ilk 10 ayında dünya dəniz məhsulları ticarətinin 60%-i və Vyetnam ixracının 50%-i Aİ, ABŞ və Çinin payına düşür. Geri dön |