Ana Sayfa > Karusel / Özəl > Landsbergis NATO-nun Vilnüs sammitinə qədər şərq cinahının daha təhlükəsiz olacağına ümid edir

Landsbergis NATO-nun Vilnüs sammitinə qədər şərq cinahının daha təhlükəsiz olacağına ümid edir


2-12-2022, 09:38. Yazar: sevinc1
Landsbergis NATO-nun Vilnüs sammitinə qədər şərq cinahının daha təhlükəsiz olacağına ümid edir

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis NATO-nun gələn il Vilnüsdə keçiriləcək sammitinə qədər Şimali Atlantika Alyansının şərq cinahının möhkəmləndirilməsində “əhəmiyyətli irəliləyiş” olacağını gözlədiyini bəyan edib.

aia.az xəbər verir ki, bu barədə yazan kurier.lt saytının məlumatına görə, Buxarestdə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında iştirak edən Landsberqis regionda təhlükəsizliklə bağlı vəziyyəti Avropada NATO qüvvələrinin Ali Baş Komandanı, ABŞ-dan olan general Kristofer Kavoli ilə müzakirə edib.

“Buxarestdə keçirilən NATO Nazirlər Toplantısı təsdiq etdi ki, tərəfdaşlarımız Avropadakı təhlükəsizlik vəziyyətini və təhdidləri bizim kimi qiymətləndirir. NATO-nun Vilnüs sammiti zamanı biz ön müdafiəmizi və bütün şərq cinahın təhlükəsizliyini gücləndirməkdə əhəmiyyətli irəliləyiş gözləyirik”, - deyə Landsberqis ABŞ generalı ilə görüşdən sonra bildirib.

Murad
aia.az
Geri dön