Ana Sayfa > Gündəm / Özəl > FRANSA MİLLİ ASSAMBLEYASININ QƏRƏZLİ, ƏDALƏTSİZ, HƏQİQƏTİ ƏKS ETDİRMƏYƏN QƏTNAMƏSİ

FRANSA MİLLİ ASSAMBLEYASININ QƏRƏZLİ, ƏDALƏTSİZ, HƏQİQƏTİ ƏKS ETDİRMƏYƏN QƏTNAMƏSİ


2-12-2022, 09:16. Yazar: sevinc1
FRANSA MİLLİ ASSAMBLEYASININ QƏRƏZLİ, ƏDALƏTSİZ, HƏQİQƏTİ ƏKS ETDİRMƏYƏN QƏTNAMƏSİ

Fransa Milli Assambleyasının belə bir qətnamə qəbul edəcəyi gözlənilən idi. Bu son üç ildə Azərbaycana qarşı böhtan və təxribat dolu dördüncü qətnamədir. Sənədin məzmunu bütün hüquq və norma prinsplərinə  ziddir, bir tərəfli qayda da, ikili stantartlar formatında hazırlanmışdır. Azərbaycanın 30 ilə yaxın Ermənistan işğalına məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, xarabaya çevrilməsi, ekoloji və humanitar fəlakətin törədilməsi  haqqında fikir yoxdur. Bu sənəddə, I Qarabağ müharibəsi zamanı xüsusi qəddarlıqla qətlə yetirilən, kütləvi məzarlıqlarda basdırılan, hələ də taleyi naməlum qalan 4000-ə yaxın azərbaycanlı, o cümlədən, qadın və uşaqlar barəsində məlumat öz əksini tapmamışdır.  Bu sənəddə Ermənistanın müharibə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin  qadağan olunmuş raketlərlə vurması, müharibə cinayətləri törətməsi, hətta müharibədən sonra da minaların basdırılması haqqında heç bir fikir yer almamışdır.
Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli, ədalətsiz, həqiqəti əks etdirməyən qətnamə ilə beynəlxalq hüququ kobud şəkildə pozmuşdur. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən bir ölkə Senatı, Milli Assambleyasının bütün hüquqi və mənəvi qaydaları pozub belə bir qətnamə qəbul etməsi böyük ədalətsizlikdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur.
Sual doğuran məqam Fransanın niyə görə məhz indi dəyərləri yadına salması, işğalı və ölkələrin ərazi bütövlüyünə təcavüzün yol verilməz olduğunu "dərk etməsi"dir.
30 il Azərbaycana qarşı siyasət aparan, 20 faiz əraziləri işğal atlında saxlayan, mütəmadi olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirən, "Yeni torpaqlar uğrunda, yeni müharibə" devizi ilə çıxış edən Ermənistana qarşı Fransa tərəfindən heç bir irad göstərilmədi.
Buna görə də Fransanın humanizm və ədalətdən danışmağa mənəvi haqqı yoxdur
İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda dediyi “ Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. “
Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında dedi ki, dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunun əsas səbəbi isə Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verməsi oldu. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, həmin görüş baş tutmayacaq

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Geri dön