Ana Sayfa > Manşet / Siyasət / Özəl > Ermənilər dilemma qarşısında:kimin ətəyindən yapışmalı, kimin çəkməsini yalamalı?

Ermənilər dilemma qarşısında:kimin ətəyindən yapışmalı, kimin çəkməsini yalamalı?


2-12-2022, 09:10. Yazar: sevinc1
Ermənilər dilemma qarşısında:kimin ətəyindən yapışmalı, kimin çəkməsini yalamalı?

Bu gün Ermənistan siyasətində yenidən vurnuxma başlayıb. Fransa Senatının Azərbaycana qarşı bədnam bəyanatından əvvəlcə eyforiyaya qapılan, eyforiyadan sonra isə qorxmağa başlayan ermənilər kimin ətəyindən yapışacaqlarını müəyyən etməyə çalışırlar. Bunu erməni politoloq Qarik Keryanın "Haykakan Jamanak” saytına verdiyi müsahibə də sübut edir.
Keryan qeyd edir ki, “Ermənistan Fransanın təklif etdiyi qətnamənin qəbulunu təqdir etməli və beynəlxalq dəstəyə görə minnətdar olmalıdır, çünki qətnaməni tənqid etmək və ondan şikayət etmək nankorluq olardı”. 
Fransanın bəyanatını bir qədər təriflədikdən sonra Keryan təəssüf hissi ilə bu bəyanatın yalnız mənəvi dəstək olduğunu, başqa bir şey olmadığını vurğulayır.
Politoloq ermənlilərin ən qorxulu röyalarını da dilə gətirmək məcburiyyətində qalaraq deyir: “Ermənistanın təhlükəsizlik maraqlarını qorumaq üçün qətnamənin Türkiyə və Azərbaycana nə qədər təsir edəcəyini nəzərə almaq lazımdır. Bu, şübhələrə səbəb olur, çünki bu iki ölkə nəzarətdən və təsirdən kənar müstəqil siyasi qüvvələr və dövlətlərdir, bunu heç gizlətmirlər, hətta belə bir qətnamənin, bəyanatın onlar üçün heç bir dəyəri olmadığını və ola da bilməyəcəyini bəyan edirlər”. 
Onun fikrincə “Fransanın qəbul etdiyi qərarlar ciddi təsir göstərməyəcək və Ermənistanın təhlükəsizlik mühitini təmin etməyəcək. Hətta ABŞ-ın bugünkü hərəkətləri də Ərdoğana istədiyini etməyə mane olmur. Heç bir qərb ölkəsinin qərarı mövcud vəziyyəti dəyişməyəcək və Ermənistanın təhlükəsizlik mühitinin yaxşılaşmasına töhfə verməyəcək“.
“Azərbaycanı 3-cü Qarabağ müharibəsini başlamaq üçün bəhanə axtarmaqda suçlayan Keryan bildirir ki, “onlar indi ən əlverişli mövqedədirlər, çünki Ermənistana Qərbdən böyük mənəvi dəstək verilsə də, biz bir sıra tərəfdaşlıq formatlarında təcrid olunmuşuq. Mən Hindistandan Ermənistana silah gətirilməsini də alqışlayıram, lakin həmin silahlar ora ( yəqin ki xankəndi nəzərdə tutulur-red.) çatacaqmı və çatarsa, təhlükəsizliyimizin tənzimlənməsinə nə dərəcədə töhfə verə biləcəyinə əmin deyiləm. Nədən danışsaq da, biz Azərbaycanın planlaşdırılmış strategiyasının qarşısını almalıyıq, çünki indiki qüvvələr balansında 3-cü Qarabağ müharibəsi Ermənistan üçün dağıdıcı olacaq”-deyə Keryan reallığı dərk etdiyini gec də olsa dilə gətirmək məcburiyyətində qalır..
Keryanın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və onun üzləşdiyi çoxsaylı qlobal problemləri və sanksiyaları nəzərə alsaq, Fransanın qəbul etdiyi qətnamə Rusiyanı xüsusi maraqlandırmır:
“Ruslar indi öz maraqları baxımından hansının daha uyğun olduğuna qərar verirlər. Esklalasiyaya imkan vermək Rusiyanın marağında deyil, çünki Kreml Türkiyə ilə əməkdaşlıq formatının faktiki olduğunu, rəqabətli komponentlərə malik olduğunu başa düşür. Yeni müharibə Rusiya tərəfi üçün sərfəli deyil. Onlar yaxşı bilirlər ki, Qafqazda müharibə olarsa, iştirak edə bilməzlər və kənarda da qala bilməzlər. İştirak etmək Rusiyanı Ukrayna cəbhəsində zəiflədəcək”. 
Keryanın fikrincə, bu vəziyyətdə Ermənistan və Rusiyanın maraqları üst-üstə düşür. Yeni müharibəyə başlamaq həm rusların, həm də ermənilərin marağında deyil.
Buradan sual çıxır ki, əgər myeni müharibə nə rusların, nə də ermənilərin marağında deyilsə, nə üçün sülh çüqaviləsi imzalanmır? Ermənistan min bir bəhanə ilə danışıqları uzatmaqla nəyə nail olmaq istəyir.
Sualın cavabı aydındır. Ermənilər də ruslar da vaxt qazanmaq, daha əlverişli mövqe əldə etdikdən sonra regionda güc niosbətini öz xeyirlərinə dəyişdirmək. Bundan sonra müharibənin başlanması daha sərfəli olar və Rusiyanın Cənubi Qafqazda mövqeləri qorunar, Ermənistan isə daha çox ərazi əldə etmiş olar.
Sonda erməni politoloq təklif edir ki, “emosiyalar olmadan hərəkət etmək, yalnız bir ümumi məqsədlə soyuq başla hesablamalar aparmaq, hər vasitə ilə müharibənin qarşısını almaq(?), Rusiya və Ermənistanın maraqlarının birləşməsinə arxalanmaq lazımdır. Başqa çıxış yolumuz budur".

Erməni təbiətindən doğan ağalarını dəyişmək xisləti yenə də özünü büruzə verir. Bir neçə ətəkdən əlləri boşa çıxdıqdan sonra yenidən Rusiyaya sığınmaq məcburiyyətində qaldıqlarını etiraf etməyə məcbur olurlar. Onları dövlət edən də (əgər dövlət demək mümkündürsə-red) bu günə qədər arxalarında durub qısqırdan da Rusiya olduğunu təbii ki bilirlər. Lakin buna baxmayaraq hərdənbir öz sahiblərinə də hürməyi lazım bilsələr də son anda yenidən Rusiyanın çəkmələrini yalamaqdan başqa çarələri qalmır. Lap elə Keryanın dediyi kimi.

Elbrus Bağırov
aia.az
Geri dön