Ana Sayfa > Özəl > Tacikistanın təbii fəlakət risklərinin idarə edilməsinə 30 milyon dollar ayrılacaq

Tacikistanın təbii fəlakət risklərinin idarə edilməsinə 30 milyon dollar ayrılacaq


2-12-2022, 08:52. Yazar: sevinc1
Tacikistanın təbii fəlakət risklərinin idarə edilməsinə 30 milyon dollar ayrılacaq

Asiya İnkişaf Bankı (AİB) Tacikistanda təbii fəlakət risklərinin idarə edilməsini gücləndirmək və iqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində iqtisadi itkiləri azaltmaq məqsədlərinə 30 milyon dollar qrant ayrılmasını təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə məlumatı Avesta.Tj saytı dərc edib.
Məlumatda bildirilir ki, AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov qrant ayrılması barədə qərarı belə şərh edib: “Tacikistan iqlim dəyişikliyinə qarşı son dərəcə həssasdır: hər il 400-dən çox təbii fəlakət baş verir, məsələn, daşqınlar, qar uçqunları və digərləri baş verir ki, bunlar da insanların həyatına və iqtisadiyyata ciddi təsir göstərir. AİB-nin qrantı iqlim dəyişikliyinə qarşı ümumi dayanıqlığı gücləndirməklə yanaşı, ölkənin təbii fəlakətlərə hazırlığını və cavab tədbirləri görmək qabiliyyətini artıracaq”.

Murad
aia.az
Geri dön