Ana Sayfa > Ölkə > Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub


1-12-2022, 19:39. Yazar: sevinc1
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

aia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Geri dön