Ana Sayfa > Seçki 2024 > Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər

Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər


1-12-2022, 18:06. Yazar: sevinc1
Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşməni məğlubiyyətə uğradaraq kapitulyasiyaya imza atmağa məcbur etdi. Bu isə Ali Baş Komandan və Azərbaycan Ordusunun qələbəsidir.

Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində düşmənin mina tarlasına çevirdiyi Ağdam, həmçinin çətin coğrafi relyef və iqlimə malik Kəlbəcər və Laçın heç bir itki vermədən, güllə atılmadan azadlığına qovuşdu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.

2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, və “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmuş, Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmış və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Rayon ərazində aparılan tikinti-bərpa işlərinin gedişatı onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az

Geri dön