Ana Sayfa > Karusel > 3.5 milyon dollarlıq nahar hərracda satıldı
3.5 milyon dollarlıq nahar hərracda satıldı14-06-2016, 20:17. Yazar: admin |
Dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açıqlanmayıb. aia.az anspress-ə istinadən bildirir ki, 3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq. Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb. İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb. Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar etmək hüququ 2014-cü ildə "eBay" internet-hərracında $ 2,17 milyon dollara satılıb. Qalib "EMES" şirkətindən olan Sinqapur sakini Endi Çua olub. "eBay" bildirib ki, dünya maliyyəsinin 85 yaşlı əfsanəsi ilə birlikdə nahar etmək üçün keçirilən hərrac 2 milyon 166 min 766 dollar həddində başa çatıb. 5 sutka davam edən hərraca ümumilikdə 121 ərizə verilmişdi. 2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 milyon 456 min 789 dolar. Uorren Baffet "Forbes"un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sıransındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib. aia.az Geri dön |