Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan:
Ərdoğan:1-12-2022, 15:40. Yazar: sevinc1 |
![]() "Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq". aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib. “Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib. Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".(report) aia.az Geri dön |