Ana Sayfa > Özəl > Hindistanda aviaşirkət xidmət personalına ağ saçları qadağan edib
Hindistanda aviaşirkət xidmət personalına ağ saçları qadağan edib1-12-2022, 15:40. Yazar: sevinc1 |
Hindistanın “Air India” aviaşirkəti təyyarələrdə sərnişinlərə xidmət göstərən personal üçün qaydalar və geyim kodunu sərtləşdirib. aia.az xəbər verir ki, bu barədə “The Sun” yazır. Bildirilir ki, yeni qaydalara görə, personal hətta heyət kimi yox, sərnişin kimi uçsalar belə, saçları ağarmış və ya qismən keçəlliklə ola, həmçinin gündəlik paltar geyinə bilməzlər. Həmçinin, yeni qaydalar personalın ağarmış saçlarını boyamaq üçün hansı rənglərə ehtiyacı olduğunu, hansı ətirlərdən istifadə etməməyin lazım olduğunu tənzimləyir, corab, zinət əşyaları taxmaq, dezodorantlardan istifadə ilə bağlı tövsiyələr verilir. Bundan əlavə, aviaşirkət işçilərinə xüsusilə aviaşirkətin geyimində olduqları halda küçədə plastik torbalarla görünək və rüsumsuz zonada alış-veriş etmək, həmçinin həmkarları ilə boş söhbətlər etmək də qadağandır. Yeni qaydalar “Air India” işçilərinin etirazlarına səbəb olub. İşçilərin sözlərinə görə, şirkət əsassız olaraq yeni kriteriyalar tətbiq edib. Tahir Həsənov aia.az Geri dön |