Ana Sayfa > Özəl > Hanya qocalar evində onlarla yaşlı insanın ölümü ilə bağlı məhkəmə prosesi başlayır

Hanya qocalar evində onlarla yaşlı insanın ölümü ilə bağlı məhkəmə prosesi başlayır


1-12-2022, 15:22. Yazar: sevinc1
Hanya qocalar evində onlarla yaşlı insanın ölümü ilə bağlı məhkəmə prosesi başlayır

Yunanıstanın Krit adasında yerləşən Hanya şəhərindəki qocalar evində yaşayan onlarla yaşlı insanın ölümü ilə bağlı açılmış cinayət işində adı keçən 25 nəfər Hanya Cinayət Məhkəməsi qarşısına çıxacaq.
İttihamnamədə keçmiş vitse-qubernatorun, şəhər administrasiyasının bir neçə yüksək vəzifəli məmurunun, özəl qocalar evinin sahibi və ortaq sahibinin və üçü artıq həbsdə olan bir neçə həkimin adları şübhəli şəxs qismində keçir. Həmçinin neakriti.gr saytının verdiyi xəbərə görə, bu özəl strukturun digər əməkdaşlarının da adları ittiham olunanlar siyahısındadır.
İş materiallarında 30 ölüm və 8 sui-qəsd cəhdi göstərilir, lakin səlahiyyətlilər ölənlərin sayının daha çox olduğunu təxmin edirlər. OPEN TV kanalının məlumatına görə, polis azı 80 nəfərin ölümü ilə bağlı araşdırma aparır.
Bildirilir ki, iddia edilən cinayətkar təşkilatın 12 illik fəaliyyəti dövründə onun üzvlərinin milyonlarla avro məbləğində qeyri-qanuni əmlak müavinətləri əldə etdiyi təxmin edilir.
Nəşr xəbər verir ki, prosesdə iştirak edə bilməyən təqsirləndirilən şəxslərin vəkillərinin tələbi ilə iş üzrə 2023-cü il martın 17-nə qədər möhlət verilib.

Elbrus Bağırov
aia.az


Geri dön