Ana Sayfa > İqtisadiyyat / Media > Hepatitə mübtəla olanlara şad xəbər: Azərbaycanda zavod açılacaq

Hepatitə mübtəla olanlara şad xəbər: Azərbaycanda zavod açılacaq


14-06-2016, 20:12. Yazar: admin
Hepatitə mübtəla olanlara şad xəbər: Azərbaycanda zavod açılacaq




Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır.

aia.az bildirir ki, bu barədə azvision.az-a Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil deyib.

Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır: "Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan "ADMA"-nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq".

aia.az
Geri dön