Ana Sayfa > Özəl > Kriptovalyuta biznesində “ölümcül epidemiya”..?

Kriptovalyuta biznesində “ölümcül epidemiya”..?


1-12-2022, 14:05. Yazar: sevinc1
Kriptovalyuta biznesində “ölümcül epidemiya”..?

Son bir neçə həftə ərzində kriptovalyuta biznesinin dünyaca məhşur üç siması biri-birinin ardınca müəmmalı şəkildə dünyalarını dəyişiblər. Bu barədə rua.gr saytında dərc olunmuş məqalədə bildirilir. Müəllif göstərir ki, bu günlərdə 53 yaşlı Rusiyalı iş adamı Vyaçeslav Taran helikopterdə İsveçrənin Lozanna şəhərindən havaya qalxdıqdan sonra Vilfranş-sur-Mer kurortunun yaxınlığında hava aparatının qəzaya uğraması nəticəsində həyatını itirib. Qəzanın yaxşı havada baş verdiyini və digər bir naməlum sərnişinin son anda uçuşunu ləğv etməsini nəzərə alaraq, ekspertlər hadisənin baş verməsində üçüncü şəxsin əli olduğunu istisna etmirlər.
Keçən həftə, noyabrın 23-də isə 3 milyard dollar dəyərində qiymətləndirilən kriptovalyuta ticarət platforması olan “Amber Group”-un həmtəsisçisi, 30 yaşlı Tiantian Kullander yuxuda ikən gözlənilmədən dünyasını dəyişib. Sinqapurda yerləşən şirkət, Kullanderin harada öldüyünü və ölüm səbəbini də açıqlamayıb. Qeyd edək ki, Amber Qrupun baş ofisi Sinqapurda yerləşir və vebsaytında Afina, Cenevrə, Dubay, Honq-Konq, İstanbul, London, Mexiko, Taypey, Tokio, Vankuver və Sürixdə mövcudluğu iddia bildirilir.
Nəhayət, noyabr ayının əvvəllərində “MakerDAO” kredit kriptovalyuta platformasının yaradıcısı, 29 yaşlı Nikolay Muşeqyan MKİ və Mossad-ın onu izlədiyi barədə tvit yazdıqdan bir neçə gün sonra Puerto-Rikoda çimərlikdə meyidi tapılıb.
Müəllif bu üç ölümü məxsusi olaraq ölən şəxslərin kriptovalyuta biznesi ilə məşğul olmaları ilə əlaqələndirir.

Tahir Həsənov
aia.az

Geri dön