Ana Sayfa > Manşet / Siyasət / Özəl / Yazar1 > Fransa Senatının bədnam qərarı nəyi dəyişəcək? Kim necə və nə düşünür?

Fransa Senatının bədnam qərarı nəyi dəyişəcək? Kim necə və nə düşünür?


1-12-2022, 12:20. Yazar: sevinc1
Fransa Senatının bədnam qərarı nəyi dəyişəcək? Kim necə və nə düşünür?

Fransanın Azərbaycana qarşı bədnam qətnaməsi ətrafında müzakirələr davam etməkdədir. Ermənsitanın “Jam.news” xəbər portalında gedən yazılardan aydın olur ki, bu barədə ermənilərin özünün də baxışları fərqlidir. Belə ki, hakimiyyətdə olan siyasi partiyanın üzvləri bunu “böyük qələbə” bəziləri “ağır sanksiya” kimi dəyərləndirsə də məsələyə real münasibət göstərənlər, dünyada gedən prosesləri yetərincə ağıllı başla təhlil edənlər də var.Belə isə gəlin fikirləri ermənilərin öz dediklərindən öyrənək:
Ermənistan parlamentinin sədri Alen Simonyan özünün “Twitter” mikrobloqunda Fransa Senatının qəbul etdiyi qətnaməyə istinad edərək yazır: Demokratiyanın beşiklərindən biri olan Fransa Senatı Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar təklif edən qətnamə qəbul edib. Məhkəməyə xidmət edən həmkarlarımıza təşəkkür edirik .
Qondarma rejimin “dövlət naziri”, Rusiyanın desantı Ruben Vardanyan da bu məqamlara toxunaraq, onların “Artsaxın subyektivliyi baxımından” çox vacib qeydlər olduğunu bildirib:” Sənəd Dağlıq Qarabağ Respublikasının tanınmasının və bu tanınmadan davamlı sülhün bərqərar olması üçün danışıqlar vasitəsi kimi istifadə edilməsinin zəruriliyini bir daha təsdiqləyir. Qətnamədə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağa qarşı dəfələrlə təcavüzkar hərəkətləri Artsax ermənilərinin təhlükəsizliyini və azadlığını təhdid edir “
Siyasətçi Armen Bağdasaryanın fikrincə isə məsələ fərqlidir: “Əgər Fransa hökuməti bunu ratifikasiya etsə, bu, çox ciddi, ağır siyasi dəstək olacaq. Problem ondadır ki, bunun ehtimalı sıfıra yaxındır. Bağdasaryanın sözlərinə görə, eyni senatorlar qrupunun 2020-ci ildə hazırladığı qətnamədə olduğu kimi, qətnamə də kağız üzərində qalacaq.
O, Parisin Dağlıq Qarabağla bağlı müddəalara, o cümlədən humanitar ofisin yaradılmasına doğru fəal addım atmayacağını düşünür. Çünki buna Azərbaycandan ciddi müqavimət olacaq. Azərbaycan Senatın bu qətnaməsindən Fransanı vasitəçilik missiyasından sıxışdırmaq və onun rolunu neytrallaşdırmaq üçün istifadə etməyə çalışacaq ki, bu da Fransanın neytral tərəf olmadığı və ermənipərəst mövqe tutması əsasında olacaq.
Armen Baqdasaryan fikrini belə əsaslandırır: “Fransa və Avropa İttifaqı Türkiyə və Azərbaycanın Ermənistandan daha strateji tərəfdaşıdır. Ona görə də o, Azərbaycana qarşı sanksiyaların tətbiqini qeyri-real hesab edir.“Fransa AI-nin üzvüdür, onun heç bir sanksiya tətbiq etmək hüququ yoxdur. Hətta müəyyən şərtlər altında belə işləmir. O, iqtisadi və siyasi vahid kimi Avropa İttifaqının bir hissəsidir və Aİ-nin Azərbaycandan müəyyən gözləntiləri, ilk növbədə enerji gözləntiləri var. Armen Bağdasaryan hesab edir ki, Ermənistan AI monitorinq missiyasının, onun tərkibinin və səlahiyyətlərinin genişləndirilməsinə töhfə vermək üçün Fransa Senatının qətnaməsindən və Parisin mövqeyindən istifadə edə bilər”.
Bir sözlə, onun bunun ətəyindən yapışmaq, dabanını yalamaq kimi axmaq vərdişlərindən əl çəkməyən ermənilər arada ağıllı başla fikirləşəndə hərdənbir də ağıllı fikirlər söyləyirlər. Göründüyü kimi, hakimiyyətdən və separatçılardan fərqli olara siyasi şərhçi A.Baqdasaryan daha məntiqi düşünür. Çünki indiki məqamda bundan başqa alternativ yoxdur. Fransa senatının məlum qətnaməsi ermənilər üçün adi bir təsəlli ola bilər. Özləri üçün şellənsinlə. Bununla da elə onların düşündüyü kimi Fransa bitərəf olmadığını və ermənipərəstliyini özü öz əli və dili ilə təsdiq etdiyindən sülh danışıqlarında iştirak edə bilməz! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bəyanatı da bunu təsdiq edir.

Şəmsi Qoca
aia.az
Geri dön