Ana Sayfa > Özəl > Avropa şirkətlərinin idarə heyətlərində qadınların sayı artacaq

Avropa şirkətlərinin idarə heyətlərində qadınların sayı artacaq


1-12-2022, 11:37. Yazar: sevinc1
Avropa şirkətlərinin idarə heyətlərində qadınların sayı artacaq

Avropa Parlamentinin üzvləri iri şirkətlərin rəhbər orqanlarında qadınların minimum sayı üçün kvota müəyyən edən yeni direktivi təsdiqləyiblər.

aia.az xəbər verir ki, sənədə əsasən, 2026-cı ilin iyun ayının sonuna qədər əməkdaşların ümumi sayı 250 nəfərdən az olmayan müəssisələrdə qadınlar bütün qeyri-icraçı rəhbər vəzifələrin ən azı 40%-də və ya bütün rəhbər vəzifələrin ən azı 33%-də təmsil olunmalıdırlar. Aİ-yə üzv ölkələr iki il ərzində direktivin müddəalarını öz milli əmək qanunlarına tətbiq etməlidirlər. Bu barədə yazan Avropa nəşrlərində bildirilir ki, yeni tələblərə uyğunlaşmayan şirkətlərə qarşı böyük məbləğdə cərimə sanksiyaları tətbiq olunacaq.

Elman Hüseynov
aia.az

Geri dön