Ana Sayfa > Manşet / Özəl > “Moskva uşağı” Ruben Vardanyan sərsəm fikirlər irəli sürməkdə davam edir

“Moskva uşağı” Ruben Vardanyan sərsəm fikirlər irəli sürməkdə davam edir


1-12-2022, 08:37. Yazar: sevinc1
“Moskva uşağı” Ruben Vardanyan sərsəm fikirlər irəli sürməkdə davam edir

Rusiyanın tez-tələsik baş gözünü bəzəyib Xankəndinə göndərdiyi və təlimatlandıraraq separatçı rejimə “dövlət naziri” təyin etdirdiyi Ruben Vardanyan öz sərsəm açıqlamalaır ilə gündəmdə qalmaqda davam edir. Ümumiyyətlə tarixdən, Qarabağdakı abidələrdən xəbəri olmayan bu agent öz sələflərindən geri qalmamaq üçün ağlına gələni danışmaqla dünya icitmaiyyətini çaşdırmağa cəhd edir. Ruben vardanyan bu günlərdə Arminfo-ya vediyi açıqlamasında bildirir ki. “Artsaxda yaşayan 120 min insan var ki, onların öz ərazisində yaşamaq hüququ olmalıdır”. Deməli, erməni xisləti, yalan uydurmaq məharəti bu millətin genetikasında var. Hətta Rusiya mətbuatının açıqlamasında, sülhməramlı adı iolə Qarabağda məskən salmış ruslar belə bu boyda yalan danışmayıblar. Cəmi 20 min ermənini 120 min hesab eləmək ancaq erməni ağlının məhsulu ola bilər.
Goreşənlikdə ad çıxarmış ermənilər bu addan qurtulmaq üçün “adımı sənə qoyaram” prinsipindən istifadə etməyə başlayıb. Siz bilirsinizmi azərbaycanlılar birinci nəyi məhv edirlər?-deyə müxbirə müraciət edən Vardanyan öz sualını belə cavablandırır:  “Qəbiristanlıqları. Çünki onlar tarixdir, qəbiristanlıqlar burada kimin olduğunu və hər şeyin necə baş verdiyini göstərir”.
Amma bu Moskva agenti unudur ki, 500-600 il bundan əvvələ aid qəbristanlıqlardakı qəbirlər haylara yox, türklərə aiddir. Oradakı xristian qəbirləri ilə hayların heç bir əlaqəsi yoxdur. Qriqorian kilsəsinə aid 500 illik tarix Qarabağda ola bilməz. Xristian albanların isə haylarla yaxından, uzaqdan hər hansı əılaqəsindən söhbət belə gedə bilməz. Bir də ki bu məxluq bilmir ki, Qarabağda 500 il bundan əvvələ aid qəbristanlıq yoxdur, dağıdılıb. Özü də bu qəbristanlıqları azərbaycanlılar yox, elə Vardanyanın öz soydaşları 30 illik işğal dönəmində darmadağın ediblər.
Daha sonra sərsəmləməkdə davam edən Vardanyan bir daha beynəlxalq vasitəçilərdən danışıb. Beynəlxalq vasitəçilərin 30 ildə həll edə bilmədiyi (daha doğrusu həll etmək istəmədikləri) problemin yenidən bir 30 ild uzadılması xülyasına qapılan bu hay gədəsi RTV-yə müsahibəsində deyir: “Dağlıq Qarabağ məsələsi beynəlxalq vasitəçilərin iştirakı ilə ayrıca danışıqlar yolu ilə həll edilməlidir . Üstəlik, məsələ ilə bağlı öz mövqeyi olan Ermənistan, Azərbaycan və İranın maraqları da nəzərə alınmalıdır.”
Belə yerdə “ay sən öləsən” deməyib neyləyəsən? Bu gədə başa düşmür ki, yenidən 30 il əvvələ qayıtmaq, yenidən rus ordusunun arxasında gizlənib meydan oxumaq, şivən salıb dünyanı ayağa qaldırmaq dövrü çoxdan bitib. Yeni geosiyası reallıqlar onun yuxuda gördüklərinin tam tərsidir.
Yaxşısı budur ki, haylar elə rəqəmlərlə məşğul olsunlar və öz saylarını istədikləri qədər şişirtsinlər. Bundan fayda varsa canları cəhənnəmə.

Şəmsi Qoca
aia.az

Geri dön