Ana Sayfa > Özəl / Dünya > Vilnüs bütün zamanların ən böyük Milad ağacının işıqlarını yandırdı
Vilnüs bütün zamanların ən böyük Milad ağacının işıqlarını yandırdı1-12-2022, 00:05. Yazar: sevinc1 |
2023-cü ildə Vilnüs 700 illik yubileyini qeyd edir. Bu münasibətlə, şənbə günü axşam şəhərin Kafedral meydanında təntənəli şəkildə 700 şamlı tortu xatırladan küknar ağacında milad işıqları yandırıldı. Bu günlərdə işıqsız qalmış Ukraynaya dəstək üçün minlərlə telefonun parıltısı bu tədbirə xüsusi rənglər əlavə etdi. 2015-ci ildən Vilnüs Milad bayramında bəzədilmək üçün nəhəng küknar ağacının kəsilməsindən imtina edib. Bundan sonra işıqlardan və küknar budaqlarından hazırlanan kompozisiyalar diqqət mərkəzinə gəlib. Builki kompozisiya hündürlüyü 25 metr, diametri 22 metr olan üçmərtəbəli “tort”dur. Kompozisiyanın konturu 10 km uzunluğu olan barokko ornamentli çələnglə təsvir edilmişdir. “Tort”un üç ağ təbəqəsi dekorativ şamlarla bəzədilib, hər birinin içərisində qızılı mirvari var. “Milad gözəli”nin özü isə 6000 küknar budağından ibarətdir. Tahir Həsənov aia.az Geri dön |