Ana Sayfa > Qərbi Azərbaycan > İl ərzində QİÇS-ə neçə nəfər yoluxub?

İl ərzində QİÇS-ə neçə nəfər yoluxub?


30-11-2022, 15:34. Yazar: sevinc1
İl ərzində QİÇS-ə neçə nəfər yoluxub?

Son 10 ayda Azərbaycanda 695 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb.

aia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "QİÇS-lə mübarizə" mövzusunda danışarkən deyib.

O bildirib ki, bunlardan 680 nəfəri Azərbaycan vətəndaşıdır:

"Yoluxanların 68 faizini kişi, 32 faizə yaxınını qadınlar təşkil edir".

O eyni zamanda qeyd edib ki, dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir:

"Rəsmi statistikalaya görə, İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən vəfat edib. Ölkədə vəziyyət nəzarət altındadır. Heç bir sıçrama müşahidə olunmur. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir".

aia.az
Geri dön