Ana Sayfa > Siyasət > Xudafərinlə bağlı saziş təsdiq olundu

Xudafərinlə bağlı saziş təsdiq olundu


14-06-2016, 13:29. Yazar: admin
Xudafərinlə bağlı saziş təsdiq olundu




Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanla İran arasında bir neçə saziş təsdiq edilib.

aia.az Trend-ə istinadən bildirir ki, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında" Çərçivə Sazişi və "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" Çərçivə Sazişi deputatların müzakirəsinə çıxarılıb.

Müzakirələrdən sonra sazişlər səsə qoyularaq deputatlar tərəfindən qəbul olunub.

aia.az
Geri dön