Ana Sayfa > Manşet / Siyasət / Özəl > Avropa Komissiyası Rusiyanı təhdid etdi

Avropa Komissiyası Rusiyanı təhdid etdi


30-11-2022, 14:24. Yazar: sevinc1
Avropa Komissiyası Rusiyanı təhdid etdi

Avropa Komissiyası Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukrayna məsələsi üzrə beynəlxalq məhkəmənin yaradılması təşəbbüsü ilə çıxış edib. 
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. Leyen bəyanatında qeyd edib ki, “Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyimizi davam etdirərək, Rusiyanı araşdırmaq və mühakimə etmək üçün BMT-nin dəstəyi ilə xüsusi məhkəmənin yaradılmasını təklif edirik. Biz xüsusi məhkəməyə daha geniş beynəlxalq dəstək qazanmaq üçün beynəlxalq ictimaiyyətlə işə başlamağa hazırıq”, - deyə Ursula fon der Leyen bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya dəymiş ziyana görə təzminat ödəməlidir. Avropa Komissiyasının sədri qeyd edib ki, hesablamalara görə, hərbi əməliyyatlar zamanı ukraynalılara dəyən ziyan 600 milyard avro təşkil edib.
Ursula fon der Leyen qeyd edib ki, Rusiyanı dəymiş ziyanı ödəməyə məcbur edə bilərlər. Belə ki, Aİ Rusiya Mərkəzi Bankının aktivləri 300 milyard avro, Rusiya oliqarxlarının isə 19 milyard avro məbləğində pulunu dondurub. Fon der Leyenin sözlərinə görə, dondurulmuş vəsaitləri idarə edəcək, vəsaitləri depozitə qoyacaq, sonra isə onları Ukraynaya yönləndirəcək xüsusi strukturun yaradılması mümkündür.

Elburus Bağırov
Aia.az
Geri dön