Ana Sayfa > Manşet / Özəl / Dünya > Avropa Şurası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Moldovaya kömək edəcək

Avropa Şurası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Moldovaya kömək edəcək


30-11-2022, 13:53. Yazar: sevinc1
Avropa Şurası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Moldovaya kömək edəcək

Avropa Şurası 2023-cü ildən Moldova Baş Prokurorluğuna çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində yardım göstərmək niyyətindədir.

aia.az xəbər verir ki, İnfotag.md saytının yayımladığı məlumata görə, bu barədə çərşənbə axşamı Moldova Baş Prokurorluğu rəhbərliyinin Avropa Şurasının (AŞ) İqtisadi Cinayətlərə Qarşı Mübarizə və Əməkdaşlıq Departamentinin rəhbəri Yevgeni Yevgeniev və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə ekspert Ramandip Çhina ilə görüşündə danışılıb.

Birinci layihə daxili islahatlar və insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində Avropa standartlarına daha yaxşı uyğunlaşma üçün “Effektiv idarəetmə” Proqramı çərçivəsində həyata keçiriləcək.

İkinci layihə isə bilavasitə Aİ-nin tələb və standartlarına uyğun olaraq çirkli pulların yuyulmasına qarşı mübarizəyə yönəlib.

Elman Hüseynov
aia.az
Geri dön