Ana Sayfa > Özəl > ABŞ "Vaqner"i terrorçu təşkilat kimi tanımaq istəyir

ABŞ "Vaqner"i terrorçu təşkilat kimi tanımaq istəyir


30-11-2022, 13:35. Yazar: sevinc1
ABŞ "Vaqner"i terrorçu təşkilat kimi tanımaq istəyir

Bloomberg agentliyi məlumat verir ki, Birləşmiş Ştatlar Rusiyanın şəxsi hərbi strukturu "Vaqneri" terrorçu təşkilat kimi tanımağa çalışır.

Agentliyə məlumat verən mənbə qeyd edib ki, hazırda bu məsələ ilə Co Bayden administrasiyası məşğul olur.

Sentyabr ayının sonlarında, "Konkord" və Fövqaladə Hərbi Şirkətin yaradıcısı, Rusiya prezidenti Vladimir Putinin "aşpazı" kimi tanınan iş adamı Yevgeni Priqojin etiraf edib ki, şəxsi hərbi şirkət yaradıb və bu hərbi şirkət "Vaqner" adlanır. İş adamının sözlərinə görə, FHŞ ( ÇVK) "Vaqner", 2014 -cü ildə "Donbassda rus xalqına qaşı soyqrımı başladıqdan sonra (?)" onun tərəfindən yaradılıb.

aia.az
Cəmil
Geri dön