Ana Sayfa > Manşet / Özəl / Dünya > Serbiya prezidenti: “Kosovo və Metoxiyada vəziyyət sözün əsl mənasında qaynardır”
Serbiya prezidenti: “Kosovo və Metoxiyada vəziyyət sözün əsl mənasında qaynardır”30-11-2022, 13:22. Yazar: sevinc1 |
Serbiya prezidenti Aleksandar Vuçiç Kosovoda son vəziyyəti Norveçə səfəri zamanı məhz bu cür xarakterizə edib. aia.az xəbər verir ki, bu barədə “portal b92” yazır. Xəbər verilir ki, Vuçiç Norveç kralı və baş nazirlə bir sıra mühüm məsələləri müzakirə edib. Səfər zamanı dövlət başçısı Kosovo və Metoxiyadakı vəziyyət barədə də danışıb. “Şimaldakı vəziyyət, serb xalqına gəldikdə, sözün əsl mənasında qaynayır. Serblər beziblər. Hamı bezib. Onlar ələ salınır, işgəncələrə məruz qalırlar”, - Serbiya prezidenti bildirib. Daha sonra Vuçiç əlavə edib: “Mən ölkə üçün narahatam, özüm üçün narahat deyiləm. Bizim işimiz torpaqlarımız uğrunda döyüşmək və ölkəmizi müdafiə etməkdir”. Xatırladaq ki, noyabrın əvvəlində Kosovo və Metoxiyadan olan serblər tanınmamış Kosovanın bütün hakimiyyət qurumlarını tərk ediblər. Bu, Kosovo hakimiyyətinin Serb qeydiyyat nişanlarını Kosovo nömrələrinə dəyişdirməyən hər kəsi cərimələmək qərarına gəlməsindən sonra baş verib. Elbrus Bağırov aia.az Geri dön |