Ana Sayfa > Özəl > Finlandiya Ukraynaya daha çox silah göndərilməsini tələb edir

Finlandiya Ukraynaya daha çox silah göndərilməsini tələb edir


30-11-2022, 11:47. Yazar: sevinc1
Finlandiya Ukraynaya daha çox silah göndərilməsini tələb edir

Finlandiyanın baş naziri Sanna Marin, Yeni Zelandiyaya səfəri ərəfəsində Avropa dövlətlərini Ukraynaya daha çox silah göndərməyə və öz ərazilərinə daha çox qaçqınların yerləşdirilməsinə çağırıb.

"Onların silaha, maliyyə yardımına və humanitar dəstəyə ehtiyacları var. Biz həmçinin əmin olmalıyıq ki, Ukraynanı tərk edən qaçqınların hamısı Avropa dövlətləei tərəfindən qəbul ediləcək'- deyə baş nazir jurnalistlərin suallarını cavablandırarkən bildidirib.

Sanna Marin, həmçinin enerji daşıyıcılarının bahalaşması ilə bağlı antirusiya sanksiyalarının sərtləşdirməyə çağırıb.

Bir gün əvvəl isə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, sülhə nail olmaq üçün Ukraynanı dayanmadan silahla təmin etməliyik. O, həmçinin Ukraynanın alyansa daxil olmaq istəklərini tanıdıqlarını bəyan edib.

Müharibənin davam etməsini istəyən Qərb ölkələri Ukraynanı silahlandırmaqda davam edirlər. Bu isə bir daha sübut edir ki, Ukrayna və onun xalqının taleyi Qərbi və xüsusilə də ABŞ-ı qətiyyən maraqlandırmır. Onların əsas məqsədi Rusiyanı çökdürməkdir.

aia.az
Cəmil
Geri dön