Ana Sayfa > Karusel / Özəl > Macarıstan ABŞ-ı ölkənin milli təhlükəsizliyini sarsıtmaqda ittiham edir

Macarıstan ABŞ-ı ölkənin milli təhlükəsizliyini sarsıtmaqda ittiham edir


30-11-2022, 11:36. Yazar: sevinc1
Macarıstan ABŞ-ı ölkənin milli təhlükəsizliyini sarsıtmaqda ittiham edir

“Magyar Nemzet” qəzeti yazır ki, Macarıstan ABŞ-ı müxalifəti maliyyələşdirməkdə və ölkənin milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham edib.
“Rejim dəyişikliyindən bəri ən böyük milli təhlükəsizlik qalmaqalı ilə üzləşirik, çünki söhbət Macarıstandakı seçkilərə xaricdən müdaxilə cəhdindən gedir və bu, güclü dəlillərlə təsdiqlənir. Macarıstanın solçu partiyaları ABŞ dollarına satın alınıb”, - deyə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Kovaç iddialı bəyanatla çıxış edib.
Onun sözlərinə görə, müxalif qüvvələrin koalisiyası 3 milyard forint (təxminən 7,5 milyon dollar) yardım alıb və bu vəsaitin əhəmiyyətli hissəsi xaricdən daxil olub.

Bundan əvvəl hakim partiya olan “FİDES – Macarıstan Vətəndaş Birliyi” müxalifəti və onun liderlərini seçki kampaniyası üçün ABŞ-dan qanunsuz olaraq külli miqdarda vəsait almaqda ittiham edib. Böyük məbləğlər, hakim partiyaya görə, maliyyəçi Corc Sorosla əlaqəli bir təşkilatdan gəlib.

Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində bildirib ki, müxalifətin hərəkətlərinə yekun qiymət hüquqşünaslar tərəfindən verilməlidir.

Elbrus Bağırov
aia.az
Geri dön