Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev Obamaya başsağlığı verib

Prezident İlham Əliyev Obamaya başsağlığı verib


14-06-2016, 13:18. Yazar: admin
Prezident İlham Əliyev Obamaya başsağlığı verib




Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.

aia.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı.

Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşmişdir. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

aia.az
Geri dön