Ana Sayfa > Özəl > Avstraliya şərabçılarına “prosecco” sözündən istifadə qadağan edilə bilər

Avstraliya şərabçılarına “prosecco” sözündən istifadə qadağan edilə bilər


30-11-2022, 10:43. Yazar: sevinc1
Avstraliya şərabçılarına “prosecco” sözündən istifadə qadağan edilə bilər

Yerli istehsalçılara “prosecco” sözündən istifadə qadağan olunarsa, Avstraliya şərab sənayesi böyük itkilərlə üzləşəcək. Bu barədə RG.ru yazır. Bildirilir ki, hazırda bu məsələ Avstraliya ilə Avropa İttifaqı arasında azad ticarət sazişi üzrə danışıqların bir hissəsi kimi müzakirə edilir.
Avstraliya istehsalçıları bildirirlər ki, belə bir qərar verilsə, bu, yerli sənaye üçün dağıdıcı olacaq, çünki son on ildə bu üzüm sortuna bəlkə də yüz milyonlarla dollar sərmayə qoyulub. Avstraliyanın ən böyük prosecco istehsalçısı olan “Brown Brothers” şirkətinin baş icraçı direktoru Den Karrol (Dean Carroll) isə deyir ki, əslində onlar sıfırdan yeni bir istiqamət yaratmalı olacaqlar.
Mütəxəssislərin fikrincə, problem 2009-cu ildə, İtaliya hakimiyyətinin üzüm sortunun adı kimi “prosecco” terminindən imtina edərək, yalnız “qlera” sözündən istifadə etmək barədə qərar qəbul etməsilə yaranıb. "Prosecco" isə o zamandan şərabın və şərabçılıq bölgəsinin adı oldu.
“Australian Grape and Wine” qrupunun rəhbəri Li Maklin məsələyə belə münasibət bildirib: "Bizim problemimiz ondan ibarətdir ki, həm avstraliyalı istehsalçılar, həm də dünyanın bir çox digər istehsalçıları italyanlar bu qərarı verməzdən çox əvvəl davamlı olaraq “prosecco”dan istifadə edir və üzümçülüyə və istehsal müəssisələrinə sərmayə qoyurdular. Aİ-nin bu məsələyə yanaşması isə italyanları rəqabətdən qorumaq istəyindən başqa bir şey deyil".

Elman Hüseynov
aia.az
Geri dön