Ana Sayfa > Karusel / Gündəm > Gültəkin Hacıbəyli sərbəst buraxıldı -

Gültəkin Hacıbəyli sərbəst buraxıldı -


30-11-2022, 10:18. Yazar: sevinc1
Gültəkin Hacıbəyli sərbəst buraxıldı -

Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib. Onun ifadəsi alınaraq sərbəst buraxılıb.

Bu barədə APA məlumat yayıb.

***10:12
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

aia.az xəbər verir ki, o xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.

Saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.

aia.az
Geri dön