Ana Sayfa > Özəl > Azadlığının ikinci ili mübarək, Laçın!
Azadlığının ikinci ili mübarək, Laçın!29-11-2022, 21:13. Yazar: sevinc1 |
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi hünər, şücaət Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı, xarabalığa çevirdiyi güclü müdafiə istehkamları qurduğu rayonlardan döyüşsüz çıxmasını şərtləndirdi. Laçın rayonu da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı birgə Bəyanata uyğun olaraq, dinc yolla 1 dekabr 2020-ci il tarixində əsl sahibləinə qaytarıldı.Qürur hissi ilə deyə bilərik ki, bu gün Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının bir güllə belə atılmadan, itki vermədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisədir. Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu.İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 80 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı.İşğal zamanı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilməmişdən əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşğaldan azad etdiyimiz Laçında bu gün boyük quruculuq işləri həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu da yenidən bərpa olunacaqdır. Əminliklə deyə bilərik ki ,Laçın rayonu çox keçmədən öz əvvəlki qaynaq, laçın vaxtlarına qayıdacaq. Hüseynova Nərgiz Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri aia.az Geri dön |