Ana Sayfa > Özəl > Qana millisinin baş məşqçisindən təəccüblü açıqlama

Qana millisinin baş məşqçisindən təəccüblü açıqlama


29-11-2022, 17:31. Yazar: sevinc1
Qana millisinin baş məşqçisindən təəccüblü açıqlama

Qana millisinin baş məşqçisi Otto Addo Portuqaliyaya 3:2 hesabı ilə uduzduqları oyundan sonra təəccüblü açıqlamalar verib. Penaltidən qol vuran Ronaldonu hədəfə alan Addo "Hakimlər ona xüsusi hədiyyə verdilər" deyib.

Ronaldonun penaltidən vurduğu qolla bağlı danışan Addo, "Ardıcıl 5-ci dünya çempionatında qol vurduğu üçün Ronaldonu təbrik edirəm. Hakimlər ona xüsusi hədiyyə verdilər" deyib.

Hakimi də tənqid edən 47 yaşlı çalışdırıcı, "Məncə, hakim penalti ilə bağlı səhv qərar verdi. Bundan sonra hər şey bizim üçün çətin oldu. Portuqaliya birinci dərəcəli komandadır. Amma biz cəsarətli idik. və bəxtimiz gətirmədi ki, hesabı 3-3-ə çatdırdıq”

Geri dön