Ana Sayfa > Özəl / Şou-biznes > Hanoyda Vyetnam Moda Həftəsi keçirilib

Hanoyda Vyetnam Moda Həftəsi keçirilib


29-11-2022, 16:04. Yazar: sevinc1
Hanoyda Vyetnam Moda Həftəsi keçirilib

Fall/Winter 2022 (AVIFW) – Vyetnam Beynəlxalq Moda Həftəsi (Payız/Qış – 2022) yerli və beynəlxalq dizaynerlərin və çoxsaylı qonaqların iştirakı ilə 23-27 noyabr tarixlərində müvəffəqiyyətlə keçirilib.
aia.az “VnExpress” istinadən xəbər verir ki, "İrsi zövq" mövzusu ilə keçirilən AVIFW 2022-də mədəni irsin müasir dəbdə ifadə olunan gözəlliklərini nümayiş etdirmək məqsədi ilə 18 yerli və xarici brend və dizaynerin kolleksiyaları təqdim olunub. O cümlədən Frederik Li (Sinqapur), Priyo Oktaviano (İndoneziya), Jovana Benoit (Haiti), Metiseko (Fransa) və Paul & Shark (İtaliya) kimi tanınmış beynəlxalq dizaynerlər Vyetnam Beynəlxalq Moda Həftəsində təmsil olunublar.
Qeyd edək ki, Vyetnam Beynəlxalq Moda Həftəsi ekspertlər tərəfindən Cənub-Şərqi Asiyada bir nömrəli, Asiyada isə Tokio, Seul və Şanxay Beynəlxalq Moda Həftələrindən sonra dördüncü beynəlxalq moda həftəsi hesab edilir.

Tərcümə etdi
Murad
aia.az

Geri dön