Ana Sayfa > Özəl > Norveçdə qiymət artımı səbəbilə mağazalardan oğurluq halları artmaqdadır

Norveçdə qiymət artımı səbəbilə mağazalardan oğurluq halları artmaqdadır


29-11-2022, 15:06. Yazar: sevinc1
Norveçdə qiymət artımı səbəbilə mağazalardan oğurluq halları artmaqdadır

Norveçdə inflyasiya və enerji böhranı fonunda mağazalardan oğurluq halları artıb.

aia.az xəbər verir ki, bu barədə ölkədə geniş ərzaq mağazaları şəbəkəsinin sahibi olan “Norges Gruppen” kompaniyasının kommunikasiyalar üzrə meneceri Kine Seiland məlumat verib.
Norveç televiziya kanalı TV2-yə müsahibəsində K.Seilan belə deyib: "Bizim şəbəkələrimiz bu il əvvəlki illərlə müqayisədə mağazalarda oğurluq və fırıldaqçılıq cəhdlərində artım müşahidə edir".

Telekanalın istinad etdiyi Norveçin Şərq Polis Departamentinin statistikasına görə, 2022-ci ildə kiçik mağazalardan oğurluqların sayı 2021-ci illə müqayisədə 14% artıb.

Elman Hüseynov
aia.az
Geri dön