Ana Sayfa > Özəl > İlham Əliyev Nikol Paşinyanın təklifini rədd edib
İlham Əliyev Nikol Paşinyanın təklifini rədd edib29-11-2022, 14:36. Yazar: sevinc1 |
“Müzakirələr davam edir. Ümid edirik ki, bu məsələdə ən qısa zamanda razılıq əldə edəcəyik və beynəlxalq tərəfdaşlarımızın vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər ”, - XİN rəhbəri “Armenpress”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə aparılan danışıqlara baxmayaraq, Azərbaycanın döyüşkən bəyanatları və güc tətbiqi ilə bağlı hədələri dayanmır: “Azərbaycan Prezidenti bəyan edir ki, onun ölkəsi ətrafında sülh yaranıb və gərginlik təhlükəsi yoxdur. O, həmçinin bəyan edir ki, Ermənistan sülh sazişini imzalamasa, sülh olmayacaq. Bu o deməkdir ki, Azərbaycan prezidenti bu andan baş verə biləcək hər hansı eskalasiyaya görə məsuliyyəti öz üzərinə götürür, xüsusən Ermənistan sülhün bərqərar olması ilə bağlı substantiv müzakirələrdə tam iştirak etdiyi üçün”, - Ararat Mirzoyan bildirib. Xarici işlər naziri həmçinin bildirib ki, ER baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi təklifi olub, İlham Əliyev bu təklifi rədd edib. Tərcümə etdi Şəmsi Qoça aia.az Geri dön |