Ana Sayfa > Özəl / Dünya > Sanna Marin: “Finlandiya Baltikyanı ölkələrdən birinə çevrilmir”

Sanna Marin: “Finlandiya Baltikyanı ölkələrdən birinə çevrilmir”


29-11-2022, 11:29. Yazar: sevinc1
Sanna Marin: “Finlandiya Baltikyanı ölkələrdən birinə çevrilmir”

Finlandiyanın Baş naziri Sanna Marin radionun “Baş nazirlə bir saat” proqramında jurnalistlərin aktual suallarını cavablandırıb.
aia.az xəbər verir ki, “YLE” Xəbərlər Xidməti proqramın sonunda jurnalistlər Finlandiyanın NATO-ya daxil olması məsələsini qaldırıblar. Baş nazir etiraf edib ki, ratifikasiya prosesi gözlənildiyindən daha uzun çəkir: “Bizim ərizəmiz artıq təsdiqlənməli və ratifikasiya prosesi başa çatmalı idi.”
Bununla belə, Marin Finlandiya və İsveçin alyansa eyni vaxtda qoşulmasını vacib sayır.
Qeyd edək ki, son vaxtlar Sanna Marin Rusiyanın ünvanına kəskin ifadələri ilə diqqəti cəlb edib. Jurnalistlərdən birinin Finlandiyanın təhlükəsizlik siyasəti baxımından beşinci “Şimal ölkəsi” olmaq əvəzinə dördüncü Baltikyanı ölkəyə çevrilməsi barədə verdiyi suala xanım baş nazir qısa cavab verib: “Xeyr, çevrilmir. Finlandiya Skandinaviya ölkələrindən biridir və belə də qalacaq”.


Murad
aia.az
Geri dön