Ana Sayfa > Özəl > İtaliya kasıb ölkələr üçün Ukraynadan taxıl alır

İtaliya kasıb ölkələr üçün Ukraynadan taxıl alır


29-11-2022, 11:22. Yazar: sevinc1
İtaliya kasıb ölkələr üçün Ukraynadan taxıl alır

İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani özünün Twitter səhifəsindı yazır ki, ölkəsi Ukrayna taxılının daşınması təşəbbüsünə qoşularaq 2 milyon avro dəyərində taxıl alınması üçün müqavilə bağlayıb. Qeyd olunur ki, Kiyev aclıq təhlükəsi gözlənilən ölkələrə ərzaq çatdırılması üçün öhdəlik götürüb.

"İndicə fövqəladə hallar üçün nəzərdə tutulan fondan, ikitərəfli müqavilənin şərtlərinə əsasən maliyə ayrılması sənədlərini imzaladım. Grain From Ukraine nin təşəbüsünə qoşularaq 2 milyon avro ayrılıb"- deyə Tyani bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüs nəticəsində kasıb ölkələrə taxıl göndərilməsi təmin ediləcək.


Cəmil
aia.az
Geri dön