Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > İndoneziyada 324 xəstədə kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub

İndoneziyada 324 xəstədə kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub


29-11-2022, 10:57. Yazar: sevinc1
İndoneziyada 324 xəstədə kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub

İndoneziyada müəmmalı böyrək çatışmazlığı olan xəstələrin sayı artıq 324 nəfərə çatıb.

aia.az xəbər verir ki, bu barədə REGNUM “Kompas” agentliyinə istinadən yazır. Məlumata görə, hazırda 11 nəfərin müalicəsi davam etdirilir, ümumilikdə 200 nəfər ölüb, daha 113 nəfər sağalıb. Xəstələrin müalicəsi üçün xaricdən göndərilən dərman preparatından istifadə edilir. Preparat ölkəyə əsasən Yaponiya, Sinqapur və ABŞ-dan gətirilir.
Kəskin böyrək çatışmazlığının müəmmalı şəkildə tez-tez uşaqlara təsir etdiyi daha əvvəl bildirilmişdi. 2022-ci ilin avqust ayından etibarən kəskin böyrək çatışmazlığı hallarının sayında artım müşahidə olunur.


Murad
aia.az
Geri dön