Ana Sayfa > Özəl / Dünya > Texas fövqəladə vəziyyət elan edib
Texas fövqəladə vəziyyət elan edib29-11-2022, 10:50. Yazar: sevinc1 |
Texas Vaşinqtonun immiqrasiya siyasətinə cavab olaraq fövqəladə vəziyyət elan edib. aia.az xəbər verir ki, bu barədə riafan.ru “Global Look Press”-ə istinadən xəbər verir. Xəbərdə deyilir ki, Texas qubernatoru Qreq Abbott qeyri-qanuni miqrantların axını səbəbindən ştatda “İşğal bəndi”nin tətbiqini aktivləşdirib. Abbottun sözlərinə görə, sərhədi qorumaq üçün bir sıra tədbirlər görüləcək: “Milli Qvardiyanın və İctimai Təhlükəsizlik Departamentinin bölmələri sərhədi qanunsuz keçmək cəhdlərini dayandırmaq və qeyri-qanuni mühacirləri ölkədən çıxarmaq üçün yerləşdiriliblər. Bir neçə rayonda isə sərhəd divarı tikiləcək.” Bundan əlavə, Texas hakimiyyəti sərhəd təhlükəsizliyini təmin etmək üçün beynəlxalq müqavilələr bağlamağı və Meksikanın narkotik kartellərini terror təşkilatı elan etməyi planlaşdırır. Texasın respublikaçı qubernatoru öz qərarını federal hakimin miqrantların ABŞ-a girişini məhdudlaşdıran “42-ci bölmə” adlanan qanunu ləğv etməsindən bir neçə saat sonra elan edib. Murad aia.az Geri dön |